Qurban bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən (ATİAHİRK) tədbir təşkil olunub. AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə Konfederasiyanın nümayəndələri, Respublika Komitəsinin rəhbərliyi, rayon komitələrinin sədrləri və ittifaq üzvləri iştirak ediblər.Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən ATİAHİRK-nın sədri Araz Paşayev son 8 ayda görülən işlərdən danışıb, 13 mindən çox təhsil işçisinin sanatoriya-kurort və istirahət yollayışları ilə təmin olunduğunu deyib. Bildirilib ki, Konfederasiya tərəfindən yaradılan “Kurort” Turizm İnformasiya Mərkəzi vasitəsilə bu xidmətlər “bir pəncərə” prinsipi əsasında daha çevik və əlçatan formada təqdim olunur. Həmçinin AHİK-in Əməyin Mühafizəsi və Hüquq Yardım Mərkəzi yaradılaraq ittifaq üzvlərinə peşəkar və tam ödənişsiz hüquqi və psixoloji xidmətlər göstərilir.
Araz Paşayev əlavə edib ki, təqaüd proqramlarının əhatə dairəsi də əhəmiyyətli dərəcədə genişləndirilib. Əvvəlki dövrdə 65 tələbəni əhatə edən "Adlı Təqaüd" layihəsi bu il 400 nəfərə çatdırılıb. Bundan başqa, Qarabağ Universitetinin 50 tələbəsi və sosial həssas təbəqədən olan 50 qız tələbə xüsusi təqaüdlə təmin olunacaqdır.
AHİK sədrinin müşaviri Orxan Ərəbov Konfederasiyanın sosial təşəbbüsləri və yollayışların verilməsi üçün yaradılan e-AHİK elektron rezervasiya sistemi haqqında məlumat verib. Qeyd olunub ki, sistem yollayışların verilməsi prosesində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılıb və elektron sistem vasitəsi ilə sanatoriya-kurort və istirahət mərkəzlərinə yollayışı daha asan və rahat şəkildə əldə etmək mümkün olacaq.
AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev isə Qurban bayramının tarixi və mənəvi dəyərlərindən danışıb, ATİAHİRK ilə əməkdaşlıq çərçivəsində keçirilən birgə təlimlərinin uğurlu nəticələrini vurğulayıb.
ATİAHİRK Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova təşkilatın şəhid ailələrinə yönəlmiş dəstək təşəbbüslərindən söz açıb, onların maarifləndirici proqramlarda və istirahət layihələrində iştirakı üçün yaradılan imkanları diqqətə çatdırıb. Tədbir bədii yaradıcılıq müsabiqəsinin qaliblərinin təqdim etdiyi musiqili proqramla davam edib.
Sonda Qurban bayramı münasibətilə 1000 təhsil işçisinə hədiyyə kuponları təqdim olunub. Bu dəstək əsasən aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan üzvləri əhatə edib.









AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
BHİK Baş katibinin müavini Erik Manzi “Buzovna” Fizioterapiya Mərkəzində olub
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb