lider-media.az

“Dövlət qulluğunda etik davranış qaydaları və prinsipləri” mövzusunda təlim keçirilib

Baxış: 271 Tarix: 4-06-2025, 16:31

Prokurorluq orqanlarında etik davranış qaydalarına və nümunəvi dövlət qulluqçusu kimi peşəkar davranış tələblərinə riayət olunmasına böyük önəm verilir.

Bu məqsədlə, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Kadrlar idarəsinin birgə təşkilatçılığı ilə 2025-ci ilin may ayı ərzində prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan dövlət qulluqçuları üçün “Dövlət qulluğunda etik davranış qaydaları və prinsipləri” mövzusunda distant təlimlər keçirilib.

Təlimlərdə 400-dən artıq dövlət qulluqçusu dinləyici kimi iştirak edib, Baş Prokurorluğun etik davranış qaydaları sahəsində nəzəri və praktiki biliklərə malik əməkdaşları isə təlimçi qismində cəlb olunub.

Mühazirə və təqdimat formatında keçirilmiş təlimlərdə “Konstitusiya və Suverenlik İli” münasibətilə dövlətçilik tarixində yeni mərhələ, etik davranış qaydalarının mahiyyəti, dövlət qulluqçularından gözlənilən davranış modeli və tələblər, sosial mediada dövlət qulluqçularının davranışının etik xüsusiyyətləri, həmçinin kollektiv daxili ünsiyyət qaydaları mövzuları geniş şəkildə müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi