lider-media.az

Ötən gecə dağ vüqarlı Laçında atəşfəşanlıq

Baxış: 220 Tarix: 4-06-2025, 08:40

Laçında möhtəşəm atəşfəşanlıq

Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” ili çərçivəsində möhtəşəm atəşfəşanlıq təşkil olunub. Əvvəlcə iştirakçı ölkələrin nümayəndələri və bədii kollektivlərinin iştirakı ilə təntənəli ziyafət keçirilib. Tədbirin yekununda Laçının gecə səmasını bəzəyən möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib. Rəngli işıq süzgəcləri və səmaya yüksələn al-əlvan fişənglər tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Qeyd edək ki, tədbirdə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı ölkədən 100-ə yaxın rəsmi nümayəndə və qonaq iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi