lider-media.az

ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO

Baxış: 266 Tarix: 2-06-2025, 17:31

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib. 
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb.
Toplanış çərçivəsində günün nizam qaydasına uyğun fəaliyyətlər icra olunub, ümumqoşun və ixtisas hazırlığı üzrə dərslər keçirilib, eləcə də atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları yerinə yetirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi