lider-media.az

ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO

Baxış: 1 075 Tarix: 29-04-2025, 11:35

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilib.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilib.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığının artırılması, atəş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları icra edilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi