lider-media.az

Hərbi nizamnamələrin yeni layihələri təqdim olunub

Baxış: 180 Tarix: 30-05-2025, 15:13

Mayın 30-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxslərindən ibarət işçi qrupu tərəfindən hazırlanan yeni layihələri təqdim olunub. 
Tədbirdə müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi nizamnamələrin yenilənməsi məqsədilə yaradılan işçi qrupunun fəaliyyəti və təqdim edilən layihələr barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, müasir dövrün tələblərinə əsasən hazırlanan hərbi nizamnamələrin yeni layihəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, tətbiq edilən yeniliklər və milli-mənəvi dəyərlərimiz nəzərə alınıb.
Tədbirdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi intizamın daha da möhkəmləndirilməsi, nümunəvi hərbi xidmət edən hərbi qulluqçuların mükafatlandırılmasına dair tövsiyələr verib və aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi