Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda bildirilib.
A.Hacızadə bildirib: "2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 2024-cü il yanvarın 28-də çıxarılmış ölüm hökmü 2025-ci il mayın 21-i səhər saat 5-də icra olunub.
Edamın icra olunması prosesini səfirliyimizin iki nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.
Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi.
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir.
Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik".


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan səfiriliyinə hücum edən Yasin edam edilib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı