lider-media.az

Azərbaycan səfiriliyinə hücum edən Yasin edam edilib

Baxış: 55 Tarix: 21-05-2025, 10:00

Azərbaycan səfiriliyinə hücum edən Yasin EDAM EDİLDİ

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin - Yasin Hüseynzadənin cəzası bu gün səhər saatlarında icra edilib. Bu barədə İran KİV-nin məlumatında bildirilib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Hadisədən dərhal sonra Tehranın Cinayət İşləri üzrə Baş Prokurorluğunun rəhbəri hadisə yerinə gəlib və ilkin araşdırmalar nəticəsində Yasin Hüseynzadə şəxsi motivlərlə Azərbaycanın Tehrandakı səfirliyinə hücum etdiyini açıqlayıb.İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, 2023-cü ilin aprel ayında həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və bir daha evə qayıtmayıb.

O, Azərbaycan səfirliyinə hücum motivini belə izah edir: “Mən elə bilirdim ki, həyat yoldaşım Azərbaycanın Tehrandakı səfirliyindədir və mənimlə görüşmək istəmir”. Aldığım “Kalaşnikov” avtomatı ilə səfirliyə getməyə qərar verdim. Tehran Cinayət Məhkəməsində məhkəmə istintaqı başa çatdıqdan sonra Tehran Prokurorluğu bu iş üzrə təqsirləndirilən şəxsə ən ağır cəzanın – edam cəzasının təyin edilməsini istəyib. Məhkəmə işə baxdıqdan sonra Azərbaycan səfirliyinə hücum edən şəxs barəsində edam qərarı çıxarıb və iş hökmün təsdiq edilməsi üçün Ali Məhkəməyə göndərilib. Ali Məhkəmənin təqsirləndirilən şəxsin cəzasını qüvvədə saxlaması ilə Yasin Hüseynzadəyə verilən qisas hökmü nəhayət icra olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi