lider-media.az

Prokurorluq orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı genişlənir

Baxış: 108 Tarix: 21-05-2025, 18:18


Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclas 2025-ci il 19–23 may tarixlərində Bakı şəhərində təşkil olunub.

Tədbir çərçivəsində keçirilən ikitərəfli görüşlərdə Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirib.

Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Komissiyasının Beynəlxalq əməkdaşlıq üzrə direktor köməkçisi Çin Kit Çang ilə keçirilən görüşdə 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və hüquqi islahatlar, eləcə də bu sahədə əldə olunan müsbət nəticələr barədə ətraflı məlumat verilib.

Bundan əlavə, Kosta-Rika Respublikasının Baş prokurorunun müavini Xuan Karlos Miranda ,Fici Respublikası Korrupsiyaya qarşı Müstəqil Komissiyasının sədri xanım Barbara Malimalinin rəhbərlik etdiyi nümayəndə heyəti və Tonqa Krallığının Korrupsiyaya qarşı Mübarizə Komisarı Kris Lahatte ilə də işgüzar görüşlər keçirilmişdir. Görüşlər zamanı ölkəmizin korrupsiya cinayətlərinin qarşısının alınması və onların istintaqı sahələrində əldə edilmiş müsbət təcrübə barədə geniş məlumat verilmişdir. 

Tərəflər, belə görüşlərin hüquq-mühafizə orqanları və anti-korrupsiya qurumları arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etmişlər.

Qonaqlar tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnuniyyətlə qeyd edərək, bu cür platformaların korrupsiyaya qarşı mübarizədə beynəlxalq tərəfdaşlıq və təcrübə mübadiləsi baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Beynəlxalq forum proqram üzrə fəaliyyətini davam etdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi