lider-media.az

Ağdam Sənaye Parkında istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanılıb

Baxış: 245 Tarix: 21-05-2025, 09:39

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC tərəfindən Özbəkistana divar kağızlarının ixracına başlanılıb. Bu ölkəyə ilkin mərhələdə 1,36 milyon manatlıq məhsulun göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Mister Decor” MMC Ağdam Sənaye Parkının 1,6 hektar ərazisində divar kağızlarının istehsalını həyata keçirir. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi