lider-media.az

Ehtiyatda olan polkovnik-leytenant Şaiq Şiriyev:   Günnüt əməliyyatı şanlı tariximizin parlaq səhifələrindəndir

Baxış: 10 Tarix: 20-05-2025, 16:22

Lider-Media.az-a bu barədə açıqlamasında ehtiyytda olan hərbiçi Ş.Şiriyev bildirib. O qeyd edib ki:  “2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Əməliyyat nəticəsində 11.000 hektarlıq ərazi azad edilib. Bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Keşişkənd-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Artıq 5 ildir ki, qürurla qeyd etdiyimiz Günnüt Zəfəri, Aprel döyüşləri, Tovuz döyüşləri və nəhayət Vətən müharibəsində Şanlı Zəfərimiz Azərbaycanda xalq-dövlət-ordu birliyinin real nümayişi və hərbçilərimizə fəxr, başucalığı gətirən şanlı tariximizin parlaq səhifələrindən biridir. Günnüt əməliyyatı zamanı əldə edilən uğur Ermənistan ordusunun şəxsi heyətinin, hətta Ermənistan əhalisinin vahiməyə düşməsinə səbəb oldu. Yəni, Azərbaycan hərbçilərinin peşəkarlığı öz sözünü dedi”-deyə, keçmiş hərbiçi, Vətən Müharibəsi iştirakçısı söyləyib. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi