lider-media.az

“Günnüt” əməliyyatından 7 il ötür

Baxış: 16 Tarix: 20-05-2025, 16:09

  Qələbəyə aparan yol

   2018-ci il mayın 20-dən 27-nə qədər Azərbaycan  ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları düşməndən təmizləndi. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına alındı. Əməliyyat nəticəsində ümumi olaraq 11,000 hektar ərazi düşməndən azad olundu.  Azərbaycan Ordusu Günnüt əməliyyatında bir daha düşmənə, işğalçı Ermənistana öz gücünü, qətiyyətini, əzmini nümayiş etdirdi. Bu bir daha onu göstərirdi ki, Qarabağ məsələsində güzəşt mövqeyi olmayacaq, bir qarış torpaq belə düşmənə verilməyəcək. İstər Aprel döyüşləri, istərsə də Günnüt əməliyyatı Azərbaycan xalqının Qələbəyə, Zəfərə olan inamını yüksəltdi, gücləndirdi. Əzəli torpaqlarımızın geri qaytarılması nəticəsində bölmələrimiz ilkin mövqelərindən dərinliyə doğru irəliləyərək daha əlverişli nöqtələrdə möhkəmləndilər. İşğaldan azad olunan və nəzarətə götürülən ərazilərin müdafiəsi bölmələrimizin manevr qabiliyyətinin yüksəldilməsini təmin etdi. Təminat-təxliyə məqsədilə 50 kilometrdən çox yeni yol çəkildi. 60 kilometrdən artıq yol isə bərpa olunaraq istifadəyə verildi. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə 2000-dən çox piyada və tank əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirildi. 2018-ci ilin mayında nəzarətə götürülən və azad olunan ərazilərdəki yeni mövqelərimiz ərazidə düşmənin bütün hərəkətlərini müşahidə etməyə və nəzarətdə saxlamağa imkan verdi. Beləliklə, Günnüt əməliyyatı ilə dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

  Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsi idi. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük əldə edildi. Günnüt əməliyyatı Vətən müharibəsindən əvvəl düşmənə edilən ciddi xəbərdarlıq idi ki. Beləliklə, Ordumuzun böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük 2020-ci il  iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun mənfur niyyətinin qarşısını aldı.

  2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. 

  Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti onu göstərirdi ki, güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi. Müzəffər Ali Baş Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular. Tarixi qələbəmizlə başa çatan Vətən müharibəsi və ötən dörd il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülən işlər bir daha təsdiq edir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən, onu inamla gələcəyə doğru aparan Liderdir. İlham Əliyev dövlətimizin tarixinə möhtəşəm Zəfər salnaməsini həkk edən görkəmli dövlət xadimi, müdrik siyasətçidir. Bu Zəfər salnaməsi isə əbədiyyətə qədər tariximizi şərəfləndirəcək. Vətən Müharibəsindən üç il sonra-2023-cü il sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın ərazilərimizdəki qeyri-qanuni hərbi mövcudluğuna son qoyulması ilə bölgədə sülh və təhlükəsizlik bərqərar olundu. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Və Azərbaycanın suverenliyi tam bərpa olundu. Ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz  şanlı ordumuzun nəyə malik  olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə  alınacağının sübutu idi. Lokal antiterror tədbirlərinin qısa zamanda uğurla həyata keçirilməsi Ordumuzun peşəkarlığının, döyüş ruhunun, hər bir hədəfə uğurla nail olmaq səylərinin göstəricisidir.

 Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

 Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin qurub-yaratdığı ordu bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişaf inkişaf dövrünü yaşayır. Prezident cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi