lider-media.az

Arzusu şəhid olmaq idi...

Tarix: 24-04-2024, 20:04

   

Şəhidlik mənəviyyat, əbədiyyət zirvəsidir. Nisgilimizdir, kədərimizdir, ürək ağrımızdır, həm də qürurumuzdur şəhidlər. Vüqarımızdır, fəxrimizdir, ölməzliyimizdir, örnəyimizdir...

     Xalqımızın düşmənlə ölüm-dirim mübarizəsində şəhid olan igid oğullarından biri də   Kənan Mərdan oğlu Allahverdiyevdir. 10 fevral 2002-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş ailədə dünyaya göz açıb. 2008-ci ildə Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbin birinci sinifinə daxil olub və doqquz illik təhsili bitirib.

      Hər zaman çalışaraq ailəsinə dəstək olub, ata-anasının, bacı-qardaşının qayğısını çəkib. Arzusu torpaqlarımızı alaraq şəhid olmaq idi...Kənan arzusunda olduğu həmin müqəddəs məqamada yüksəlib. Qəhrəman Kənanın böyük Vətən sevgisi məhz ailəsindən qaynaqlanıb. Atası Mərdan Allahverdiyev 1992-1996-cı illərdə birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.

      Kənan 2020-ci ilin may ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə yola düşüb. İlk hərbi xidmətini Goranboyda, Bərdə qarizonunun N saylı hərbi hissəsində yerinə yetirib, snayperçi idi. Vətən müharibəsində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər, kəndlər, rayonlar uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edib.
      2020-ci il oktyabrın 2-dən 3-nə keçən gecə, Suqovuşanda torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda gedən ağır döyüşlərdə 18 yaşında şəhidlik zirvəsinə ucalıb. Oktyabr 4-də Kənan  Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

       Şəhidimizin anası Ruhiyyə xanım: “Oğlum Kənan şəhadəti ilə ata, baba torpağım olan Füzulini mənə bağışladı”.

       Qardaşı Nicat Kənan haqqında danışır: "Vətəni sevmək imandandır" - deyib peyğəmbərimiz. Qardaşım Vətənini, xalqını, ailəsini çox sevirdi. Hər zaman evin, ailənin qayğısını çəkirdi, çox zəhmətkeş idi. Yaşca kiçik olsa da, çox böyük idi. Sakit , utancaq təbiətli olsa da, ailə qayğısını çəkməklə ailəyə kömək etməkdən zövq alardı. Gedib işləyirdi ki, ailəsinə qazanc gətirsin və ailə üzvləri korluq çəkməsinlər. Evin son övladı idi, ərköyün böyümüşdü. Amma sözübütöv oğlan idi, dediyinə də əməl edərdi. Yolda yaşlıların, qadınların dolu zənbillə gəldiyini görəndə tanıdı, tanımadı kömək edərdi. Daima şəhidlərdən danışardı və “Şəhid olacağam” deyərdi.Kənan ən böyük arzusuna çatdı. Şərafətlə, şöhrətlə köçdü cənnət qoxulu qardaşım. Prezident, Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi, bütün şəhidlərimizin ruhu sevindi. Mən fəxr edirəm ki, Kənan vətəni, milləti yolunda şərəfli bir zirvəyə ucaldı. "

     Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən, Kənan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

                                                                              


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi