lider-media.az

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Baxış: 444 Tarix: 24-04-2024, 19:39

Heydər Əliyev Beynəlxalq Aeroportunda “Air France” aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

Bakı hava limanının mətbuat xidmətindən  bildirilib ki, Osaka-Paris marşrutu ilə hərəkət edən “Boeing 777” hava gəmisi göyərtəsində yaranan tüstü səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza eniş sorğusu göndərib.

Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

“Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib. Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb.

Hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi