lider-media.az

Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib

Baxış: 329 Tarix: 17-05-2025, 20:33

Azərbaycan Ordusunda psixoloqların peşə hazırlığının artırılması istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda xüsusi psixoloji təlim təşkil olunub. Təlim, hərbi psixoloqların müxtəlif ekstremal şəraitlərdə daha effektiv fəaliyyət göstərə bilmələri üçün nəzərdə tutulub.
Tədbir proqramına Türkiyədən dəvət edilmiş psixoloqlar “Şəxsiyyət pozuntuları”, "Blackboard terapiya" mövzularında təqdimatlarla çıxış ediblər. Mütəxəssislər tərəfindən iştirakçılara fərdlərarası sözlə təsirin qüvvəsi, özünü idarəetmə zamanı sözün təsir gücü, eləcə də şəxsiyyət pozuntularının göstəriciləri barədə ətraflı məlumatlar verilib.
Təlimin sonunda nəzəri və praktiki biliklərin qiymətləndirilməsi məqsədilə interaktiv tapşırıqlar yerinə yetirilib, həmçinin iştirakçıların sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi