lider-media.az

Dövlət qulluqçularının reyestri aparılacaq.

Baxış: 155 Tarix: 17-05-2025, 13:30

Prezident İlham Əliyev bununla bağlı dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Fərmanla dövlət qulluqçularının reyestrinin aparılması qaydası təsdiqlənib. 
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll edəcək.
Dövlət orqanları və “Publik hüquqi şəxslər haqqında” qanunun 6.4-cü maddəsinə uyğun olaraq müvafiq publik hüquqi şəxslər struktur qurumlarında qulluq keçən dövlət qulluqçuları, stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər barəsində məlumatların “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatına ötürülməsini və daxil edilməsini altı ay müddətində təmin edib Prezidentə məlumat verməlidir.
Dövlət İmtahan Mərkəzi reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görmək tapşırılıb.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi