lider-media.az

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalanıb

Baxış: 189 Tarix: 16-05-2025, 16:59

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində keçirilən Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların I Forumu başa çatıb. Forumun yekununda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Tərəflər meyvəçilik sahəsində tədris və təlim mərkəzlərinin yaradılması, elmi tədqiqatlar, innovasiyaların tətbiqi, birgə əkin nümayiş sahələrinin salınması, aqroinnovasiya platformalarının yaradılması istiqamətində əməkdaşlıq edəcəklər. Memoranduma əsasən, aqrar sahədə ixtisaslı kadrların hazırlanması, birgə tədris modulları və sertifikat proqramlarının yaradılması, gənc mütəxəssislərin təcrübi biliklərinin artırılması istiqamətində əməkdaşlığı genişləndirməyi planlaşdırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi