lider-media.az

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Baxış: 164 Tarix: 24-04-2024, 07:51

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən həyata keçirilən “Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib.

Dövlət Komitəsindən bildirilib ki, Zoom proqramı vasitəsilə gerçəkləşən təlim “Diasporun informasiya strategiyası, media kanallarının, sosial profillərin, saytların idarə edilməsinin əsasları” mövzusuna həsr olunub.

Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov diaspor təşkilatlarının informasiya strategiyasının incəlikləri, “çart” mesajları (chart message) göndərmək üçün uyğun kanalların seçilməsi, diaspor təşkilatlarının hədəf kütləsinin müəyyənləşdirilməsi, sosial profillərin idarə edilməsi, saytlarda məzmunların paylaşılmasının vacibliyi və başqa bu kimi məsələlər barədə ətraflı məlumat verib.

İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi