lider-media.az

Hərbi prokuror təyin olunan Bəhruz Əhmədov kimdir? - Dosye

Baxış: 2 226 Tarix: 13-05-2025, 17:18

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Bəhruz Vidadi oğlu Əhmədovun Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilməsilə bağlı sərəncam imzalayıb. Bəhruz Əhmədov 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.

Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov həmin hərbi prokurorluğun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru vəzifələrində çalışıb.
O, 2018-ci ilin noyabrında Qazax Hərbi Prokuroru vəzifəsinə təyin olunub.
2020-ci il iyulun 9-da isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəisi vəzifəsinə Bəhruz Əhmədov təyin edilib.

“Vətən uğrunda”, “Şücaətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətlərə görə” medalları ilə təltif edilib.


Lider-media.az.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi