lider-media.az

Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevə və Faşizm üzərində Qələbə Gününə həsr edilən silsilə materiallar hazırlanıb

Baxış: 346 Tarix: 9-05-2025, 15:38


Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan verilən məlumatda bildirilib ki, virtual kitab sərgisində dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur. Materialda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ulu Öndər haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni təqdim edilir. Virtual kitab sərgisində Ulu Öndərə həsr edilən dövlətçilik, gənclər siyasəti, elm, mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat, kitab, mütaliə və digər mövzularda qələmə alınan 80-dən çox kitabın tam mətni də təqdim olunur.

Kitabxanada təşkil edilən “Ulu Öndər Heydər Əliyev” adlı ənənəvi kitab sərgisində Ümummilli Liderin mənalı ömür yolunu, zəngin, çoxşaxəli fəaliyyətini əks etdirən, kitabxananın fondunda saxlanılan və əsasən son illərdə nəşr edilən kitablar sərgilənir.

Respublika Gənclər Kitabxananasında 9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq ənənəvi kitab sərgisi və xülasə (daycest) də hazırlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi