lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib

Baxış: 184 Tarix: 18-04-2025, 19:38

Aprelin 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası çərçivəsində 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər keçirilib. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirlərdə iştirak edib.

MDB PA-nın 58-ci plenar iclasının iştirakçıları əvvəlcə Piskaryov memorial məzarlığını ziyarət ediblər. Milli Məclisin sədri Sahibə Qafarova və MDB-yə üzv dövlətlərin parlament sədrləri memorial məzarlıqda "Ana vətən" abidəsi qarşısına gül çələngləri qoyublar.

Sonra Tavriya sarayında 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub. Plenar iclas iştirakçıları konserti izləyiblər.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi