lider-media.az

13, 20 və 27 may tarixlərində hərrac keçiriləcək

Baxış: 324 Tarix: 6-05-2025, 08:30

 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13, 20 və 27 may tarixlərində keçiriləcək hərraclara 192 nəqliyyat vasitəsi və texnika çıxarılıb. 13 may tarixində keçiriləcək hərraca 68 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1978-2013-cü illəri əhatə edir. 20 may tarixində keçiriləcək hərraca 55 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1997-2014-cü illəri əhatə edir.
27 may tarixində keçiriləcək hərraca 67 nəqliyyat vasitəsi və 2 texnika çıxarılıb.  Avtomobillərin buraxılış tarixləri 1987-2012-ci illəri əhatə edir. Toxum səpən “TS-24” və toxum təmizləyən “AGTR-1” markalı texnikaların isə istehsal tarixləri 2011-ci ildir. Lot şəklində çıxan texnikaların ilkin satış qiyməti 4.150 manat təşkil edir.
Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi