lider-media.az

Növbəti hərraclara 26 əmlak çıxarılıb

Tarix: 28-06-2024, 16:06

Növbəti hərraclara 26 əmlak çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 2-də keçiriləcək hərraca kiçik dövlət müəssisəsi və 9 nəqliyyat vasitəsi çıxarılıb.

Lider-media.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İlkin satış qiyməti 7 milyon 609 min 376 manat olan müəssisənin ümumi faydalı sahəsi 9267 kvadratmetr, torpaq sahəsi isə 64 min 483 kvadratmetr təşkil edir. Hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1990-2013-cü illəri əhatə edir.

İyulun -9-da keçiriləcək hərraca isə 16 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2008-2012-ci illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər.

Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi