lider-media.az

Qürurla anırıq

Baxış: 102 Tarix: 5-05-2025, 08:41

RZAYEV Qasım Qara oğlu 

5 may 1970-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində doğulmuşdur. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra sürücü ixtisasına yiyələnmişdir. 1988-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Ukrayna Respublikasının Nikopol şəhərindəki hərbi hissənin artilleriya bölməsində xidmət etmişdir. Nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılmışdır. 1990-cı ildə əsgəri xidmətini başa vurub doğma kəndinə dönmüş və az sonra, könüllü özünümüdafıə dəstəsinə yazılaraq, erməni quldurlarına qarşı döyüşə girmişdir. O, Milli Ordumuzun ilk əsgəri kimi Muncuqlu, Koxa-Nəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. Qasım idarə etdiyi maşına mərmiatan qurğu quraşdıraraq, düşmənin başına od ələyirdi.

1992-ci ilin əvvəllərində Tovuz rayonunun sərhədləri boyunca gərgin vəziyyət yaranmışdı. Sayca üstün olan erməni yaraqlıları torpaqlarımıza soxulmağa cəhd göstərsələr də, hər dəfə böyük itki verərək geri çəkilməyə məcbur olurdular. Fevralın 11-də ermənilərin “Qan çanağı” deyilən tərəfdən hücumu gözlənirdi. Qasım bir dəstə döyüşçü ilə həmin yerə üz tutdu. Günortaya yaxın düşmənin həmləsi dəf edildi. Ermənilərin bir PDM-i və onlarla əsgəri məhv edilmişdi. 14 may 1992-ci il… Düşmən ağır texnika ilə Tovuzun sərhəd kəndlərinə hücuma keçmişdi. Qasım özünü hadisə yerinə yetirdi. Güllə yağışı altında qurğunu mərmi ilə doldurdu. Atəş nöqtəsini müəyyən edərək, bir-birinin ardınca 20 raket atdı. Bir müddət ətrafa sakitlik çökdü. Çox keçmədən ermənilər yenidən top atəşinə başladılar. Mərmilərdən biri maşının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında əbədiyyətə qovuşdu.Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Əlibəyli kənd qəbiristanlığında dəfn edilmişdir. Hacallı kənd orta məktəbi onun adını daşıyır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi