Elgiz Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv edir. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri olur. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəlir. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarılır, döyüşçülərimiz azad edilir. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəlir. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak olur.
Elgizin yarımçıq qalmış gündəliyindəki qeydlərindən: "Cəbhəyə gedəndə anam "Bir dayan, a bala, boy-buxununa doyunca baxım", - Bu gün 91-ci ilin yanvar ayının 5-i ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı qoy yerə. Qoymadım. Çünki ermənilər Əsgəran səmtdən amansızlıqla hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayır: "Ermənilər bizi satın alıblar", - deyirdi. İkincisi Qarabağ haqqında anlayışı olmayan gəlmə "dığa" gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, necə mənə yalvarır, imdad istəyirdi. Soruşdum: "Heç utanırsan?" Cavab verdi: "Utanmaq azdır, ölüm yaxşıdır". Bir gün icazə alıb evimizə getdim. Atam qurban kəsdi. Anam nəzir dedi. Onun bu dünyada ən böyük arzusu mənim toyumu görmək idi. Heç demə, qonşu qızının "hə"sini də alıbmış. Üç gündən sonra yenidən xidmət etdiyim hissəyə qayıtdım. Ermənilər daha da vəhşiləşmişdilər. Şuşanın səmasında sərnişin vertolyotunu vurub, 43 nəfəri öldürmüşdülər. Kərkicahanı isə hər gün, hər gecə atəşə tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdi. Cəmilli kəndinin müdafiəsində ağır yaralandım. Üç ay özümdə olmadım".
Elgiz xatirələrində yaralanandan bir neçə ay sonra yenidən cəbhəyə, döyüş yoldaşlarının yanına qayıtdığını bildirir: "Yenidən silahdaşlarımızın yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun sürmədi. Ermənilər Naxçıvanik (indiki Naxçıvanlı) istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməli idi. Müdafiə, gözləmə mövqeyindən çıxıb, hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi".Elgiz Bərdədə Şəhidlər xiyabanında dəfn olunub. Bərdə şəhər 4 saylı tam orta məktəb Milli Qəhrəmanın adını daşıyır.Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu gün Elgizin uğrunda şəhid olduğu torpaqlar öz sahibinə qovuşub.

Naiq Nəsir oğlu Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya göz açmışdır.Atalar məsəli var: “Niyyətin hara, mənzilin ora”. Hələ orta məktəbin yuxarı sinfində təhsil alarkən qəlbindən süzülüb gələn bir arzunu Naiq həmişə sinif yoldaşlarına deyərdi: “Mən gələcəkdə hərbçi olmaq istəyirəm, Vətənə, xalqa layiq bir oğul olacağam”.Naiq uşaqlıq illərində qəhrəmanlara həsr olunmuş müxtəlif kitabları həvəslə mütaliə edər, xüsusilə “Uzaq sahillərdə” filminə baxmaqdan heç vaxt yorulmazdı.Naiq Yusifov 1988-ci ildə valideynlərinin xeyir-duası ilə ordu sıralarına yollanmış, xidmət dövründə hərbi texnikanın sirlərini mükəmməl öyrənmiş, dəfələrlə komandanlıq tərəfindən mükafatlara layiq görülmüşdür.
Naiq əsgəri xidməti Gürcüstan Respublikasının Texakaya şəhərində yerləşən rabitə batalyonunda başa vurmuş və 1990-cı ilin mayında vətənə dönmüşdür. Həmin vaxtlarda erməni daşnaklarının Azərbaycan torpaqlarına təcavüzü müşahidə olunur, daşnaklar hər vasitə ilə öz mənfur niyyətlərini həyata keçirməyə çalışırdılar. Vətənin başını qara buludlar alanda ərənlərimizi güllələr dənləyəndə, arzularımızı düşmən qılıncı biçəndə Naiq özünümüdafiə dəstəsinə qoşuldu. Söz verdi ki, son damla qanınadək erməni quldurlarına qarşı mərdliklə vuruşacaq. Onun ilk döyüşü “Çənlibel” deyilən yerdə oldu. Bir dəstə erməni yaraqlıları Ağdam kəndinə tərəf irəliləyirdi. Bu vaxt döyüş dostları onun köməyinə çatır. Güclü maqavimətə rast gələn ermənilər pərən-pərənə düşərək geri çəkilməyə məcbur olurlar. Dörd bir yanda leş-leşə söykənən erməni yaraqlılarının cəsədi diqqəti cəlb edirdi.
24 mart 1992-ci il... Erməni quldurları Tovuz rayonunun Koxa-Nəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. Hamı həyəcan içində idi. Naiq belə bir çətin anda qumbaraatanı düşmən istiqamətinə tuşladı. Bir an içərisində düşmənin maşınını alov bürüdü. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün irəliyə cumdu. Lakin amansız ölüm onu haqladı. Qumbara qəlpəsi onu yerə yıxdı. Ayağa qalxmağa cəhd göstərdi. Lakin bacarmadı. Ona yaxınlaşan erməni yaraqlılarına avtomatdan atəş açdı. Son gülləsi qalıncaya qədər vuruşdu. Düşmənin əlinə keçməmək üçün əlindəki qumbaranı sinəsinə sıxdı. Özü ilə bərabər ona yaxın erməni qulduru da məhv oldu.Naiqin son mənzli Tovuzun Ağdam kəndindəki qəbiristanlıq oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Naiq Yusifov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.Vaxtilə təhsil aldığı orta məktəb qəhrəman döyüşçü Naiq Yusifovun adını daşıyır.



Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
VII çağırış Milli Məclisə seçilmiş deputatlarımızın siyahısı
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb