Bağlarımızı bəzəyən, küçələrimizə estetik görünüş verən zərif çiçəklər bəzən gözlənilməz təhlükənin ünvanına çevrilə bilər. Son günlər alimlərin səsləndirdiyi bir iddia cəmiyyətdə narahatlıq doğurub: dekorativ məqsədlə geniş əkilən oleander (zakkum) kolları ilanlar üçün ideal sığınacaq yarada bilər. İlk baxışda günahsız görünən bu həmişəyaşıl bitki, sıx və kölgəli quruluşu ilə sürünənlər üçün təhlükəsiz məkan rolunu oynaya bilər.
Rəngbərəng çiçəkləri və quraqlığa dözümlülüyü ilə demək olar ki, hər parkda, bağçada və evdə qarşımıza çıxan oleander bitkisi haqqında olduqca ciddi bir xəbərdarlıq edilib. Elmi araşdırmalar göstərir ki, bu populyar bəzək bitkisi həm ölümcül ilanlara sığınacaq yaradır, həm də tək bir yarpağı ilə belə insan həyatına son qoya biləcək gücdədir.
Baxımının asanlığı və uzunömürlü olması səbəbindən landşaft memarlığında ən çox üstünlük verilən kol növlərindən biri olan oleander aparılan son araşdırmalardan sonra qorxulu bir iddia ilə gündəmdədir.
"Times of India" və "Landscape Ecology" jurnallarında dərc olunan məqalələrə görə, bu bitki təbiəti etibarilə geniş, alçaq və son dərəcə sıx yarpaqlara malikdir. Bu sıx bitki örtüsü torpaq səviyyəsində mükəmməl bir kölgəlik və rütubətli mikroiqlim yaradır. Məhz bu məqamda təhlükəli sürünənlər dövrəyə girir:
"Thermal Biology" jurnalındakı tədqiqatlar göstərir ki, oleanderin yerə yaxın və sıx kol strukturu xüsusilə isti yay günlərində ilanların, bədən temperaturlarını tarazlaşdırmaq üçün kölgəli sahə və onlar üçün yırtıcılardan qoruna biləcəkləri qüsursuz bir gizlənmə və sığınacaq sahəsi formalaşdırır. Yəni bağçanızdakı ilanlar üçün bir növ "lüks otel" rolunu oynayır.
Araşdırmalara görə, oleander təkcə ilanları cəlb etmir, özü də müstəqil olaraq güclü bir bioloji silah kimidir. Populyar bəzək bitkisi olmasına baxmayaraq, tərkibində birbaşa ürəyi hədəf alan "oleandrin" və "neriin" adlı son dərəcə güclü toksik qlikozidlər var.
Bu ölümcül toksinlər bitkinin hər yerində mövcuddur, lakin ən yüksək konsentrasiya bitki qırıldıqda ortaya çıxan bulandıq, ağ rəngli şirəsində (lateks) olur. Həmçinin bitkinin qabığında strychnine bənzər "rosagenin" adlı təhlükəli maddə də var.
Oleander yarpağının və ya çiçəyinin təsadüfən udulması; şiddətli ürəkbulanma, qusma, həddindən artıq tüpürcək ifrazı, qarın ağrısı, nizamsız ürək ritmi, halsızlıq, titrəmə, koma, iflic və nəticədə ölümlə nəticələnə bilər.
Tədqiqatşəlar bildirirlər ki, bitkidən sızan ağ şirənin dəriyə və ya gözə təmas etməsi ciddi iltihablanmaya, yanmaya, müvəqqəti və ya daimi görmə itkisinə səbəb ola bilər.
Sonda qeyd etmək lazımdır ki, təbiət nə düşmənimizdir, nə də qorxu mənbəyi. Lakin hər gözəlliyin arxasında müəyyən məsuliyyət dayanır. Bağlarımızı bəzəyərkən yalnız estetik görünüşü deyil, təhlükəsizliyi də düşünmək vacibdir. Oleander kolları doğru qulluq və diqqət ilə həm göz oxşaya, həm də risk yaratmadan həyətimizin yaraşığı ola bilər. Təbiətlə harmoniyada yaşamaq üçün isə məlumatlı olmaq ən güclü silahımızdır.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb