lider-media.az

Tramp İranla müharibə başa çatdıqdan sonra diqqətini Ukraynaya yönəldəcəyinə söz verib

Baxış: 1 087 Tarix: 16-06-2026, 09:06

post-img

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla müharibə bitdikdən sonra Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin nizamlanması ilə məşğul olacaq.

"İndi ki (İranla münaqişə) başa çatdı, biz diqqətimizi (Ukraynaya) yönəltmək niyyətindəyik, baxaq görək bunu edə biləcəyikmi", -Tramp Fransa Prezidenti Emmanuel Makronla görüşündə bildirib.

Donald Tramp, həmçinin bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışdığını qeyd edib. "Düşünürəm ki, bəlkə də biz nə isə edə bildik. Məncə, onların hər ikisi buna (münaqişənin həllinə) açıqdır", - o əlavə edib.

Vladimir Putin və Donald Tramp iyunun 14-də, ABŞ prezidentinin ad günündə telefon danışığı aparıblar. Söhbətin yekunlarına əsasən, prezidentlər ABŞ prezidentinin xüsusi nümayəndələrinin Moskvaya səfəri barədə razılığa gəliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi