lider-media.az

Mərakeşdə Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələri təqdim edilib

Baxış: 344 Tarix: 21-04-2024, 09:46

Mərakeşin paytaxtında Rabat Amerika Məktəbində 20 ölkənin iştirakı ilə Mədəniyyət Günü keçirilib.

Dünya xalqlarının mədəniyyətlərinin müxtəlifliyini nümayiş etdirmək məqsədilə keçirilən ənənəvi tədbirdə Azərbaycanın Mərakeşdəki səfirliyi də iştirak edib.

Lider-media.az xəbər verir ki, bu barədə səfirlikdən AZƏRTAC-a məlumat verilib. Bildirilib ki, tədbir iştirakçılarına və qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələri təqdim olunub.

Milli stendə gələnlər Azərbaycan xalçaçılığı, milli geyimləri, dulusçuluğu və musiqisi ilə tanış olublar. Azərbaycanın milli mətbəxinin müxtəlifliyi qonaqların xüsusi marağına səbəb olub. Onlara ət və göy qutabı və milli şirniyyatımız paxlavanı dadmaq, həmçinin qoz və ağ gilas mürəbbəsi ilə Azərbaycan çayından içmək imkanı yaradılıb.

Qeyd edək ki, festivala 300-dən artıq ziyarətçi qatılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi