Mayın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına səfər ediblər.Səfər çərçivəsində Naxçıvanın zəngin tarixi-mədəni irsi, unikal memarlıq abidələri, sosial-tibbi reabilitasiya müəssisələri və təbii gözəllikləri ilə yaxından tanışlıq olub.
Səfər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önünə gül dəstəsinin qoyulması ilə başlayıb. Ardınca onlar Heydər Əliyev Muzeyini ziyarət edərək dahi şəxsiyyətin həyat yolunu, siyasi irsini və dövlətçilik fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar. Daha sonra Naxçıvanın memarlıq incilərindən olan Möminə Xatun türbəsi və Naxçıvan Xan Sarayı ziyarət edilib, “Əcəmi” seyrəngahında yerləşən açıq səma altındakı muzeyin eksponatlarına baxış keçirilib, xanlıqlar dövrünə aid zəngin maddi-mədəni irs nümunələri ilə tanışlıq olub.Proqram çərçivəsində Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzinə baş çəkiblər. Onlar burada mərkəzin müxtəlif bölmələri ilə tanış olaraq tibbi reabilitasiya və uşaqlara göstərilən xidmətlərlə yerində maraqlanıblar.
Leyla Əliyeva tərəfindən Uşaq Bərpa Mərkəzinə ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən “Robotic” reabilitasiya əlcəkləri, həmçinin miostimulyasiya və infraqırmızı terapiya cihazları hədiyyə olunub. Günün sonunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Tağıyev:Neft” bədii filminin təqdimat mərasimi olub.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” filmi dahi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin birinci hissəsidir.












Leyla və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
18 Aprel - dünyada “Tarixi Abidələrin Mühafizəsi günü”
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Qubadlı Zəfəri: Şanlı tariximizin qürur səhifəsi
Vətən müharibəsinin 29-cu günü: Qubadlının azadlığı və diplomatiyanın sınağı
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Bakıda Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaraya həsr olunmuş konfrans keçiriləcək
MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
XƏBƏRDARLIQ
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Prezidentin sosial şəbəkə hesablarında PAYLAŞIM
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Xalq rəssamı Fərhad Xəlilova
MICHELIN Guide Türkiyənin qastronomiya mənzərəsini gözlər önünə sərəcək - dünya səviyyəsində
F.Q.Xəlilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi təşkil olunacaq
Yeni icra başçısı kollektivə təqdim olunub
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Vətən müharibəsinin iyirmi yeddinci günü: Qubadlıya doğru irəliləyən Zəfər yolu

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət