lider-media.az

KÜTLƏVİ MƏZARLIQLAR- ERMƏNİLƏRİN BİTMƏYƏN VANDALLIQLARI

Tarix: 3-05-2025, 11:41

   

     Azərbaycanlıların müxtəlif dövrlərdə erməni vəhşiliyi, vandallığı ilə üzləşdiyini mövcud reallıqlar və faktlar da təsdiq edir. İşğaldan azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə ağlasığmaz cinayətlərin izlərini göstərir. Bu əməlləri yalnız qeyri-insani məxluqlar törədə bilər.

    Bəli, ermənilərin barbarlığının, vandallığının həddi-hüdudu yoxdur. Bu günlərdə Şuşa şəhəri yaxınlıqında və Əsgəran-Xocalı yolunun üzərində aşkarlanan növbəti kütləvi məzarlıqlar da bunu deməyə əsas verir. 

İşğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb. Bunu Xocalıda jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. Onun sözlərinə görə, aprel ayında aparılmış qazıntılar zamanı 2 kütləvi məzarlığa rast gəlinib. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında-Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanıb, ən azı 5 itkin şəxsə aid olan meyit və qalıqları tapılıb. Əsgəran-Xocalı yolunun üzərindəki kütləvi məzarlıqda isə azı 7 itkin şəxsə aid meyit qalıqlarının olduğu ehtimal edilir. 
    Qurum rəsmisi qeyd edib ki, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar 3990 itkin düşmüş şəxs qeydiyyatdadır. Son illərdə aparılan axtarış-qazıntı, eyni zamanda, eyniləşdirmə prosesi nəticəsində 170 vətəndaşın taleyinə aydınlıq gətirilib.


     Məlum olduğu kimi, bu nə ilk, nə də son deyil. İşğaldan azad edilmiş ərazilərdə hər dəfə kütləvi məzarlıqlar aşkar ediləndə insan dəhşətə gəlir.  Ermənilərin vaxtilə əsir götürdükləri soydaşlarımızı işgəncələrlə öldürüb kütləvi şəkildə qeyri-ənənəvi üsullarla dəfn etmələri ürəkləri ağrıdır.

    Onu da qeyd edək ki, ötən müddətdə Xocalı rayonunun Fərrux kəndi ərazisində, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində, Ağdam rayonunun Sarıcalı kəndində, Şuşa həbsxanası ərazisində və  Kəlbəcər şəhərində kütləvi məzarlıqlar aşkarlanmışdı.

   2022-ci ilin oktyabrında Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən qətlə yetirilən 12 azərbaycanlının dəfn olunduğu kütləvi məzarlıq barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yaymışdı.

   Ötən il Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı  kütləvi insan qalıqları aşkar olunmuşdu. Kütləvi məzarlıqdan tapılan insan qalıqlarının ən azı 14 nəfərə  məxsus olması, onların işgəncələrə məruz qalmaları, mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilmişdi.

     Bütün bunları adi fakt kimi sadalayıb ötüb keçmək mümkün deyil. Burada insan taleyindən söhbət gedir. Və onu göstərir ki, ermənilər qeyri-insani məxluqlardır. Əks təqdirdə, Tanrının yaratdığı insanı belə qəddarcasına öldürməz, belə vəhşiliklər törətməzdilər. Doğrudan da ermənilərin vəhşiliyinin həddi-hüdudu yoxdur. Bilmirəm, bəlkə də, nə vaxtsa millət olaraq Tanrı qarşısında cavab verməli olacaqlar...


 Nurəngiz Adilqızı.


                                                                     

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2025    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi