lider-media.az

KÜTLƏVİ MƏZARLIQLAR: QEYRİ-İNSANI ƏMƏLLƏR

Tarix: 9-03-2024, 14:56

Azərbaycanlıların müxtəlif dövrlərdə erməni vəhşiliyi, vandallığı ilə üzləşdiyini mövcud reallıqlar və faktlar da təsdiq edir. İşğaldan azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə ağlasığmaz cinayətlərin izlərini göstərir. Bu əməlləri yalnız qeyri-insani məxluqlar törədə bilər.

     Bəli, ermənilərin barbarlığının, vandallığının həddi-hüdudu yoxdur. Bu günlərdə Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması deyilənlərin təsdiqidir. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində araşdırmalar davam etdirilir.

     Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilir ki, qeyd olunan ərazidə indiyədək keçirilən prosessual hərəkətlər nəticəsində daha 1 nəfərə aid insan qalıqları aşkar olunub və bununla da kütləvi məzarlıqdan tapılan qalıqlarının ən azı 14 nəfər insana məxsus olması, onların işgəncələrə məruz qalmaları, mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.

     Məlum olduğu kimi, bu nə ilk, nə də son deyil. İşğaldan azad edilmiş ərazilərdə hər dəfə kütləvi məzarlıqlar aşkar ediləndə insan dəhşətə gəlir. O məzarlıqlarda ermənilərin vaxtilə əsir götürdüyü soydaşlarımızı işgəncələrlə öldürüb kütləvi şəkildə basdırması ürəkləri ağrıdır.

     Onu da qeyd edək ki, ötən illərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olması ehtimal edilirdi.

     Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də məzarlıq aşkarlanmış, lakin ərazi minalandığından orada qazıntı işləri aparmaq mümkün olmamışdı. Çox güman ki, ermənilər bu kütləvi məzarlığın yerinin bilinəcəyini təxmin etdiklərindən və daha çox insan ölümünə səbəb olmaq məqsədilə ərazini qabaqcadan minalamışdılar.

     Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində də kütləvi məzarlıq aşkar olunmuşdu. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aşkarlanan məzarlıqda dörd insanın qalığının olduğu bildirilirdi.

     Aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb. Qeyd edək ki, bundan əvvəl də Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq tapılmışdı. Kəlbəcər şəhərində yenidənqurma və bərpa işləri ilə bağlı aparılan qazıntı zamanı daha bir kütləvi məzarlıq aşkarlanmışdı. İlkin məlumatlara görə, burada bir neçə insana aid edilən sümüklər tapılıb. Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcərdə bir çox qırğınlar törədilmişdi ki, onların ən dəhşətlisi Başlıbel kəndində olub. Başlıbelin işğalı zamanı erməni quldurları 27 nəfəri güllələmişdilər. Aşkarlanan insan qalıqlarının da o qırğınların qurbanlarına aid olduğu ehtimal edilirdi.

     2022-ci ilin oktyabrında Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən qətlə yetirilən 12 azərbaycanlının dəfn olunduğu kütləvi məzarlıq barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yaymışdı.

     Ümumiyyətlə, indiyədək aşkarlanan kütləvi məzarlıqlardan 400-dən artıq insanın qalıqları tapılıb ki, onlardan 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. 4 minədək itkinin müqabilində isə bu, çox kiçik rəqəmdir.

     Bütün bunları adi fakt kimi sadalayıb ötüb keçmək mümkün deyil. Burada insan taleyindən söhbət gedir. Və onu göstərir ki, ermənilər qeyri-insani məxluqlardır. Əks təqdirdə, Tanrının yaratdığı insanı belə qəddarcasına öldürməz, belə vəhşiliklər törətməzdilər. Azərbaycanlılara qarşı da ermənilərin vəhşiliyinin həddi-hüdudu yoxdur.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi