lider-media.az

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Baxış: 256 Tarix: 20-04-2024, 11:02

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasındakı münasibətlərin yeni mərhələyə keçdiyinin və təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir.

Lider-media.az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən I Türk Dövlətləri Kardioloji Qurultayında deyib.

O qeyd edib ki, Qurultayda təmsil olunan ölkələrin tibb mütəxəssisləri, eyni zamanda, digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlar ilə əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır. “Qurultay kardiologiya sahəsində tibbin ən son yeniliklərinə dair məlumatlarla tanış olacağınıza və ölkə vətəndaşlarının sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş faydalı biliklər əldə edəcəyinizə zəmin yaradır”, - deyə nazir əlavə edib.

Sonda səhiyyə naziri Qurultayın təşkilinin ənənə halını almasını və hər il bir ölkənin tədbirə ev sahibliyi etməsi təklifini irəli sürüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi