lider-media.az

Böyük Qayıdış yeni iş imkanları yaradır

Baxış: 269 Tarix: 1-05-2025, 14:16

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, doğma yurda geri qayıdan məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa tədbirləri çərçivəsində yeni iş yerləri açılır, keçmiş məcburi köçkünlərin özünüməşğulluğuna və gəlir gətirən fəaliyyətlərə cəlb edilməsinə dövlət dəstəyi göstərilir. Doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərin kənd təsərrüfatı, sənaye, tikinti, iaşə xidməti, təhsil, səhiyyə və s. sahələrdə çalışması üçün yaradılan imkanlar onların dayanıqlı məskunlaşmasının və iqtisadi fəaliyyətə inteqrasiyasının mühüm şərtidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanları haqqında, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən, məlumatlandırma, təbliğat və təşviqat məqsədilə hazırladığı videoçarxı təqdim edir.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi