lider-media.az

Azərbaycan Respublikasının Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı uğurla davam etdirilir

Baxış: 44 Tarix: 29-04-2025, 12:29

  Cari ilin 24-25 aprel tarixlərində Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) Katibliyi tərəfindən korrupsiyaya qarşı mübarizə vəziyyətinə dair hesabatların ümumi standartlarının hazırlanması məqsədilə yaradılmış işçi qrupun iclası keçirilmişdir.

  BMT nümayəndələri, habelə, İspaniya, Portuqaliya, Slovakiya, İrlandiya, Ukrayna, Makedoniya və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil etmişdir.

  Qarşılıqlı müzakirələr formatında baş tutmuş görüşün birinci sessiyasında beynəlxalq ekspertlər tərəfindən korrupsiyaya qarşı mübarizə vəziyyətinə dair hesabatların hazırlanması qaydası və proseduru barədə təqdimatlar həyata keçirilmiş, habelə, təşkilatçı qurumun əməkdaşları tərəfindən işçi qrupun gələcək fəaliyyəti və məqsədləri barədə ətraflı məlumat verilmişdir.

  Tədbirdə çıxış edən Kamil Kamilli tərəfindən ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti və eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində strateji sənəd və fəaliyyət planlarının icra vəziyyəti ilə bağlı hesabatların tərtibi qaydası, preventiv tədbirlər, vətəndaşların qəbulu, cinayət təqibinin həyata keçirilməsi prosesində kütləvi informasiya vasitələrinin məlumatlarından istifadə və digər əlaqəli məsələlərin hesabatlarda əks etdirilməsi metodları üzrə ətraflı məlumat verilmişdir. 

  Habelə, sözügedən sahədə beynəlxalq ekspertlər tərəfindən iştirakçılara təqdim edilmiş nəzəri və praktiki məsələlər nümayəndəmiz tərəfindən həll edilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi