lider-media.az

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Baxış: 213 Tarix: 19-04-2024, 23:16

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

“Yeddilər qrupu” (G7) ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin aprelin 17-19-da İtaliyanın Kapri adasında keçirilmiş görüşünün yekununda verilmiş bəyanatda “qaçqınların” qayıdış hüququnun təmin edilməsi ilə bağlı Azərbaycana çağırış edilsə də, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi ilə bağlı bu ölkəyə oxşar çağırış edilməmişdir.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bildirilir ki, bu, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə etnik və dini əsasda ayrı-seçkilikdir. Qərbi Azərbaycan İcması G7-də təmsil olunan bütün dövlətlərə, eləcə də Avropa İttifaqına azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməsi ilə bağlı dəfələrlə müraciət edib. Belə olan təqdirdə, G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur.

“Qərbi Azərbaycan İcması G7 dövlətlərini etnik və dini mənşəyindən asılı olmayaraq, bütün insanların hüquq və ləyaqətlərinin bərabərliyi prinsipinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verməməyə və onların qayıdış hüququna hörmət etməyə çağırır”, - deyə bəyanatda vurğulanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi