lider-media.az

DİN: Vətəndaşlardan bank kartlarından oğurluqlar davam edir

Tarix: 29-04-2025, 10:28

DİN: Vətəndaşlardan bank kartlarından oğurluqlar davam edir

Aprelin 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3514, 1500, 1200, 1100, 1000, 930, 786, 743, 640, 393, 240, 200, 83 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Həmin məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında vətəndaşa zərər vura bilərlər.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, -deyə DİN-in məlumatında xəbərdarlıq edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2025    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi