lider-media.az

Həftəsonu vətəndaşların bank kartlarından 17 min manatdan çox vəsait oğurlanıb

Baxış: 302 Tarix: 21-04-2025, 11:56

Həftəsonu vətəndaşların bank kartlarından 17 min manatdan çox vəsait oğurlanıb

Aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsulla 6350, 3000, 2000, 1015, 1000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu,

SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında vətəndaşa zərər vura bilərlər. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmaq tövsiyə edilir. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək olmaz, çünki təhlükə var!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi