lider-media.az

Vətəndaşların bank kartlarından daha 32 min 306 manat oğurlanıb

Baxış: 114 Tarix: 16-04-2025, 10:51

Vətəndaşların bank kartlarından daha 32 min 306 manat oğurlanıb


Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Aprelin 15-də vətəndaşların bank kartlarından 32 min 306 manat oğurlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik bir daha vətəndaşların diqqətinə çatdırır ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

“Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13700, 3450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Şəxsi bank məlumatlarını qəti olaraq naməlum şəxslərə verməyin, təhlükə var”, - deyə nazirliyin məlumatında bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi