lider-media.az

BELARUS RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN CƏZALARIN İCRASI DEPARTAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ ÖLKƏMİZƏ SƏFƏR EDİB

Baxış: 171 Tarix: 25-04-2025, 16:50

         

           

            22-24 aprel tarixlərində Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Cəzaların İcrası Departamentinin rəisi milis general-mayor Oleq Vladimiroviç Matkinin başçılıq etdiyi nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə ölkəmizdə səfərdə olub.

Qonaqlar öncə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra nümayəndə heyəti ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən qəbul edilib.

Görüşdə qurumlar arasında əməkdaşlıq, penitensiar sahədə qanunvericilik, hüquq və azadlıqların təmin olunması, infrastrukturun yenilənməsi, innovasiyaların tətbiqi, kadrların hazırlanması məsələləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini, Vətən müharibəsi memorial kompleksini və Zəfər muzeyini ziyarət ediblər, Bakı İstintaq təcridxanasının, 4 saylı cəzaçəkmə müəssisəsinin, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin və Umbakı penitensiar müəssisəsinin fəaliyyəti ilə tanış olublar.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi