lider-media.az

Yer Gününə həsr olunmuş “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalı böyük maraqla qarşılanıb

Baxış: 105 Tarix: 22-04-2025, 19:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin, “Paşa Bank” ASC-nin, “AzEkol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Xətai rayonu “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Yer Günü münasibətilə təşkil olunan festivalın əsas məqsədi ictimaiyyətin ekoloji problemlər barədə məlumatlılığını artırmaq, ətraf mühitin mühafizəsinə töhfə vermək və əhali arasında təkrar emal vərdişlərini təşviq etməkdir.
Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu 3481 litr olan plastik butulka, 1040 litr tutumu olan şüşə butulka, 831 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər.
Festivalda həmçinin maarifləndirici master-klaslar təşkil olunub. İştirakçılar tullantıların düzgün çeşidlənməsi, təkrar emal prosesi və ətraf mühitin qorunması ilə bağlı faydalı məlumatlar əldə edərək, ekoloji məsuliyyətin artırılmasına yönəlik tədbirlərdə yaxından iştirak ediblər.
Qeyd edək ki, Yer Günü hər il 22 aprel tarixində dünyanın müxtəlif ölkələrində qeyd olunur və bu günün əsas məqsədi ekoloji maarifləndirməni gücləndirmək, həmçinin təbiətin mühafizəsinə diqqəti artırmaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi