lider-media.az

“Tullantıları hədiyyələrə dəyiş” festivalları çərçivəsində ümumi tutumu 14 795 litr olan plastik, 2 208 litr olan şüşə tullantı, 3 700 ədəd işlənmiş batareya təhvil verilib

Baxış: 321 Tarix: 15-10-2024, 10:54

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ictimaiyyətin tullantıların düzgün idarə olunması barədə maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması, resurslardan daha səmərəli istifadə edilməsi, tullantıları mənbəyində toplayıb təkrar emal edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayon icra hakimiyyətlərinin, bir sıra özəl təşkilatların dəstəyi ilə müxtəlif ərazilərdə “Tullantıları hədiyyələrə dəyiş” festivalları keçirilib.
Kiçikdən böyüyə hər kəsin marağına səbəb olan festivallar çərçivəsində vətəndaşlar tullantıları təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər.
Toplanan tullantının miqdarı:
- Ümumi tutumu 14795 litr olan plastik
- Ümumi tutumu 2208 litr olan şüşə
- 3700 ədəd işlənmiş batareya
Musiqili proqramla keçirilən festivallar zamanı uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyunlar keçirilib, ekoçantalar və kətan üzərində rəsmlər çəkilib, müxtəlif master klasslar təşkil olunub.
Festivalların keçirilməsində əsas məqsəd insanlara tullantıların dəyərli resurs olduğunu göstərmək və onların yenidən istifadəsinin və təkrar emal proseslərinə cəlb edilməsinin vacibliyini aşılamaqdır.
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi