lider-media.az

Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

Tarix: 23-12-2024, 17:08

Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması, resurslardan daha səmərəli istifadə edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon icra Hakimiyyətinin, “Azekol” MMC-nin, “Araz” supermarketlər şəbəkəsinin, “Azersun” Holdinqin nəzdində fəaliyyət göstərən "Azərsüd" və “Al Market" mağazalar şəbəkəsinin dəstəyi ilə Xətai rayonu Gənclik parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Aparılan mütəmadi təbliğat və təşviqat işləri nəticəsində artıq ənənə halını almış bu aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 770 litr olan şüşə, 2500 litr olan plastik tullantı, 1119 ədəd işlənmiş batareya təhvil alınıb, əvəzində onlara müxtəlif hədiyyələr verilib.

Kiçikdən böyüyə, hər kəsin marağına səbəb olan festival çərçivəsində iştirakçılara musiqili proqram, tullantıların çeşidlənməsinə dair uşaqlar üçün maarifləndirici oyunlar, ekoçantalar üzərində rəsmlərin çəkilməsi və müxtəlif master klasslar təqdim olunub, gənc heykəltəraş - instalyator Emil Məcidovun tullantılardan hazırladığı “Kəpənək” əsəri nümayiş edilib.

İl ərzində dəfələrlə təşkil olunan və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən yekun aksiya kimi dəyərləndirilən tullantıları təhvil verib əvəzində hədiyyələr almaq kimi təsirli təşviqat formatı həm ictimaiyyətdə tullantıların təkrar emala yönəldilməsinə böyük maraq yaradır, cəmiyyət üzvlərinin bu sahədə daha da maarifləndirilməsinə şərait formalaşdırır, həm də insanlara tullantıların dəyərli resurs olduğunu, yenidən istifadənin və təkrar emalın vacibliyini aşılayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi