lider-media.az

Sloveniya nümayəndə heyəti 1 saylı DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Baxış: 117 Tarix: 17-04-2025, 17:15

Ölkəmizdə səfərdə olan Sloveniya Respublikasının İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanyenin rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST mərkəzində olub.

Qonaqlar mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf, operativ təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi diqqətə çatdırılıb.

Nümayəndə heyəti üçün DOST Konsepsiyası və əmək, məşğulluq, sosial müdafiə sahələrində yaradılmış rəqəmsal xidmətlər,  proaktiv təyinat mexanizmləri  barədə təqdimatlar edilib.

Sloveniya nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə də tanış olub. Qurumun fəaliyyəti barədə məlumat verilib. Həssas əhali qruplarına aid istedadlı şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, cəmiyyətə tanıdılması istiqamətində Mərkəzdə görülən işlər diqqətə çatdırılıb.

Qonaqlar Mərkəzin təlim studiyalarında yaradıcılıq və məşq prosesini izləyib, burada hazırlanan əl işlərinə baxıblar. Mərkəzin təlimçi və benefisiarlarının ifasında konsert proqramı da təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi