lider-media.az

FHN Bakı Regional Mərkəzində akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Baxış: 265 Tarix: 15-04-2025, 19:31

Aprelin 15-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40 illiyinə həsr olunmuş toplantı keçirilib.

Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov toplantıda çıxışında Zərifə Əliyevanın yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. Sözünə davam edən M.Həsənov Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad edərək, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanımın bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarmasından və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlməsindən danışıb.

Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, digər çıxış edənlər akademik Zərifə Əliyevanın bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtmasını iftixar hissilə dilə gətiriblər. Qeyd edilib ki, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan oftalmologiya elminin beynəlxalq səviyyəyə qaldırılmasına böyük töhfə verən akademik Zərifə Əliyeva çoxşaxəli elmi-pedaqoji, elmi-tədqiqat fəaliyyəti ilə xalqımızın tərəqqisi yolunda ciddi işlər görüb.

Daha sonra toplantıda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Unudulmaz Zərifə xanım” adlı film nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi