lider-media.az

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Hesablama Palatasının Təlim Mərkəzi arasında əməkdaşlıq haqqında protokol imzalanıb

Baxış: 160 Tarix: 17-04-2024, 07:49

  Məlum olduğu kimi, cari ilin aprelin 2-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

  Həmin sənəd qurumlar arasında yeni əməkdaşlıq imkanlarını açmaqla yanaşı müxtəlif təlim proqramlarının həyata keçirilməsinə hədəflənib.

  Memorandumda öz əksini tapan bu məsələlərin, eləcə də hər iki tərəfdaş qurum tərəfindən peşə hazırlığı sahəsində həyata keçiriləcək birgə layihələrin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Hesablama Palatasının Təlim Mərkəzinin rəhbəri Ramal Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub.     

  Qonaqlar Baş Prokurorluğun inzibati binalar kompleksi, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və kitabxana ilə tanış olub.

  Daha sonra peşə hazırlığının təşkili sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib, bu sahədə səylərin birləşdirilməsi qərara alınıb.

  Görüşün nəticələrinə uyğun olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Hesablama Palatasının Təlim Mərkəzi arasında əməkdaşlıq haqqında protokol imzalanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi