lider-media.az

Qarabağ Universitetində keçirilən iki günlük beynəlxalq konfrans yekunlaşıb

Baxış: 7 Tarix: 13-04-2025, 19:07

Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən iki günlük beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib ki, Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransa 75 iştirakçı qoşulub. Tədbirdə tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak ediblər.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev tədbirin əhəmiyyətindən söz açaraq bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildiriblər. Çıxışçılar diqqətə çatdırıb ki, Qarabağ Universitetinin Klinikasında tibb sahəsində təhsilin həyata keçirilməsi, tədqiqatların aparılması və bölgədə tibb xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

İki gün davam edən konfransın panel müzakirələrində tədris proqramının inkişafı ilə bağlı zəruri məqamlar, həmçinin tibb və tibb bacılığı üzrə kurikulum inkişafı üçün təhsil strategiyasının əsasları mövzularında fikir mübadiləsi aparılıb.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi