lider-media.az

Qarabağ Universitetində ikigünlük beynəlxalq konfrans

Tarix: 11-04-2025, 10:10

 Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransda xarici ölkələrin universitet rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak edirlər.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Rektor vurğulayıb ki, Qarabağ Universiteti tibb təhsilinin inkişafı istiqamətində öz missiyasını yerinə yetirməyə davam edəcək. Ş.Bayramov, həmçinin Qarabağ Universitetinin tədris prosesində əldə etdiyi uğurları və gələcəkdəki məqsədləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev tədbirin əhəmiyyətindən söz açaraq qeyd edib ki, konfransın əsas hədəfi “Tibb və tibb bacısı” proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirməkdir. Direktor sessiyalar zamanı tibb təhsili sahəsində geniş tətbiq olunan Kernin 6 mərhələli yanaşmasından istifadə ediləcəyini də iştirakçıların diqqətinə çatdırıb. S.Babayev konfransın metodologiyasının həm beynəlxalq standartlara uyğun, həm də yerli ehtiyaclara cavab verən tədris proqramlarının formalaşmasına töhfə verəcəyini bildirib.

Konfrans müxtəlif mövzular ətrafında panel müzakirələr, çıxışlar, qrup işləri və təqdimatlar əsasında davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi