Çıxışı zamanı forumun işini yüksək qiymətləndirən nazir tədbirin sadəcə geosiyasi məsələlər deyil, bəşəri problemlərə də ev sahibliyi etdiyini deyib: “Üç gün ərzində burada irqçiliklə mübarizə, qadın hüquqlarının qorunması kimi bir çox bəşəri məsələlər müzakirə olundu. Tədbir əsnasında bir çox ikitərəfli görüşlər, panellər, toplantılar keçirildi. İştirakçılar da öz baxışları çərçivəsində dünyanın müxtəlif bölgələrindən olan həmsöhbətləri ilə görüşmək imkanı əldə etdilər. Bütün bunlar forumumuzun birləşdirici gücünü bir daha nümayiş etdirdi. Üç gün boyu sadəcə mövcud deyil, eyni zamanda, gələcəyin dünya düzəninə dair suallara cavab axtardıq. Dünyanın müxtəlif sınaqlardan keçdiyi bu dövrdə qlobal diplomatiyada da yeni bir ağıla, yeni bir dilə və cəsur addımlara ehtiyac duyulur. Bütün qlobal hadisələrin müzakirəsi diplomatiyaya olan ehtiyacı bir daha göstərdi. Türkiyə dünyada baş verən qarşıdurmaların aradan qaldırılmasında konstruktiv və vasitəçi mövqeyini, yenidən formalaşan Avropa təhlükəsizlik mexanizmində aktiv rolunu davam etdirəcək. Avropanın da bu fəaliyyətimizə lazımi qarşılıq verəcəyinə ümid edirik”.
Hakan Fidan çıxışı zamanı forumun həyata keçirilməsində iştirak edən və tədbirdə verilən mesajların dünya ictimaiyyətinə çatdırılmasına dəstək olan media nümayəndələrinə təşəkkür edib.
Sonra nazir jurnalistləri maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, üç gün davam edən IV Antalya Diplomatiya Forumuna yüzə yaxın dövlət və hökumət başçısı, nazirlər, deputatlar, QHT-lər, dünyanın tanınmış ictimai-siyasi xadimləri, mətbuat qurumlarının nümayəndələri də daxil olmaqla, dünyanın 155 ölkəsindən ümumilikdən altı mindən artıq iştirakçı qatılıb. Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilk dəfə ADF-də iştirak ediblər.
Tədbirdə bir çox qlobal hadisələrlə yanaşı, Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh sazişi, Qərbi Azərbaycan və Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu, o cümlədən Bakıda keçirilən COP29, Türk Dövlətləri Təşkilatının fəaliyyəti kimi ölkəmizi maraqlandıran məsələlər də müzakirə edilib.
Azərbaycan tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş heyətlə təmsil olunub.
Xatırladaq ki, Antalya Diplomatiya Forumunun əsas məqsədi dünyada baş verən böhranların həllinə diplomatiya vasitəsilə töhfə verməkdir.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?