lider-media.az

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq

Tarix: 16-04-2024, 20:41

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV


“Qarabağ Universiteti ilə bağlı proseslər davam edir. Artıq proqram rəhbərləri seçilib, bu həftə ərzində işə qəbul olunacaqlar”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Qarabağ Universiteti ilə bağlı müxtəlif proqramların məzmunu, tədris planı hazırlanır: “Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılıb, artıq qəbul planı tam hazırdır. Universitetdə 6 fakültədə 10-dan artıq ixtisas üzrə tədris aparılacaq. İnfrastruktur istiqamətində də işlər davam edir”.

Nazir Qarabağ Universitetində əlavə vakant yerlərin açılacağını da diqqətə çatdırıb: “Həmin ərazilərə köçürüləcək insanlar üçün texniki vakant yerlər, bütün ölkə üçün isə akademik vakant yerlər açılacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 11-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərindəki ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi