lider-media.az

Rumıniya Parlamenti Senatının rəhbəri ölkəmizə səfərə gəlib

Baxış: 390 Tarix: 13-04-2025, 08:27

Rumıniya Parlamenti Senatının sədri vəzifəsini müvəqqəti icra edən Mirça Abrudean aprelin 13-də ölkəmizə rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya parlament nümayəndə heyətini Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Mirça Abrudeanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq. Rəsmi səfər aprelin 15-də başa çatacaq.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi